​Bakıda quldurluqda təqsirləndirilən şəxsə hökm oxunub

​Bakıda quldurluqda təqsirləndirilən şəxsə hökm oxunub Camal Eynullayev 10 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
21 Oktyabr , 2015 15:30
​Bakıda quldurluqda təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 21 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Camal Eynullayevin məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə C.Eynullayev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2014-cü ildə baş verib. Bakıda "Milli Park"ın ərazisində şəxsiyyəti məlum olmayan 4 nəfər Bakı şəhər sakini Qabil Quliyevi bıçaqla hədələyərək 230 manatını alıb. Səbail rayonu 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Camal Eynullayev və Əfqan Salmanov tutulub.

C.Eynullayev 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi