Bakıda quldurluqda təqsirləndirilən saxta polisin cinayət işi məhkəməyə göndərilib

Bakıda quldurluqda təqsirləndirilən saxta polisin cinayət işi məhkəməyə göndərilib Bakı. 17 yanvar. REPORT.AZ/ Bakıda quldurluqda təqsirləndirilən Şaban Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
17 Yanvar , 2019 09:34
Bakıda quldurluqda təqsirləndirilən saxta polisin cinayət işi məhkəməyə göndərilib

Bakı. 17 yanvar. REPORT.AZ/ Bakıda quldurluqda təqsirləndirilən Şaban Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

İttiham aktına əsasən, Ş.Məmmədov Bakıda özünü polis əməkdaşı kimi təqdim edərək quldurluq edib.

Belə ki, paytaxt sakini Ülvi Abdullazadə Xətai Rayon Polis İdarəsinə müraciət edərək “Ukrayna” dairəsində yerləşən parkda özünü polis əməkdaşı kimi təqdim edən bir nəfərin ona yaxınlaşdığını və quldurluq yolu ilə 100 manat pulunu əlindən aldığını bildirib.

Daha sonra cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Ş.Məmmədov daxili işlər orqanlarının əməkdaşı olmadığı halda, özünü zərərçəkənə polis kimi təqdim edərək qeyd edilən cinayəti törədib. 

Son xəbərlər

Orphus sistemi