​Bakıda quldurluq yolu ilə şirkətdən 60 min dollar aparan şəxslərin şikayəti əsasında məhkəmə başlayıb

​Bakıda quldurluq yolu ilə şirkətdən 60 min dollar aparan şəxslərin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin baxış iclası mayın 17-nə təyin edilib
Hadisə
7 May , 2016 08:42
​Bakıda quldurluq yolu ilə şirkətdən 60 min dollar aparan şəxslərin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 7 may. REPORT.AZ/ Quldurluqda təqsirləndirilən Azad Həziyev, Nicat Xəlilov və Akşin Mustafayevin barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası başlayıb.

"Report"un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası mayın 17-nə təyin edilib.

Qeyd edək ki, quldurluq hadisəsi 2015-ci il avqust ayının 28-də baş verib. Bakı şəhər sakinləri - 1993-cü il təvəllüdlü N.Xəlilov, A.Mustafayev və A.Həziyev paytaxtın R.Quliyev küçəsində yerləşən “Qara çay” tikinti şirkətinin gözətçi otağına maskalanaraq daxil olub, orada gözətçi işləyən 1948-ci il təvəllüdlü Zina Bəşirovanı bıçaqla hədələyib əl-qolunu bağlayıb, içərisində 60 min ABŞ dolları və şirkətə məxsus sənədlər olan seyfi quldurluq yolu ilə ələ keçiriblər.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Xəlilov, A.Mustafayev və A.Həziyev R.Quliyev şübhəli şəxs qismində saxlanıblar. Bu il mart ayının 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Mustafayev və N.Xəlilovun hər biri 14 il, A.Həziyev isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

Son xəbərlər

Orphus sistemi