Bakıda quldurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda quldurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır Bakıda quldurluq etməkdə təqsirləndirilən Natiq Əzizovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
13 Sentyabr , 2019 10:25
Bakıda quldurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda quldurluq etməkdə təqsirləndirilən Natiq Əzizovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Siyavuş Hacıyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin iyun ayında baş verib. Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Əsgərov iyunun 15-də evinə gəlmiş naməlum şəxsin onun 600 manat pulunu və 5 ədəd qol saatını açıq talama yolu ilə apardığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb və qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini Natiq Əzizov 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, maddi sübutlar ondan götürülüb.

N.Əzizova Cinayət Məcəlləsinin 181.2.5 (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi