​Bakıda quldurluq edən şəxslərin məhkəməsi başlayıb

​Bakıda quldurluq edən şəxslərin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası dekabrın 18-nə təyin edilib
Hadisə
17 Dekabr , 2015 13:46
​Bakıda quldurluq edən şəxslərin məhkəməsi başlayıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq etməkdə təqsirləndirilən Samid Tahirov, Elnur Muradov və Nahid Razıyevin cinayət işi üzrə məhkəməsi başlayıb.

"Report"un xəbərinə görə, Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 18-nə təyin edilib.

Qeyd edək ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il sentyabrın 9-da saat 04:20 radələrində Şüvəlan qəsəbəsində 1946-cı il təvəllüdlü Şövkət Həşimova məxsus bağ evinə maskalanaraq daxil olan, vətəndaşa qarşı zor tətbiq etməklə quldurluq əməli törətməyə cəhd göstərməkdə şübhəli bilinən, qəsəbə sakinləri – 1988-ci il təvəllüdlü Samid Tahirov, 1993-cü il təvəllüdlü Elnur Muradov və 1994-cü il təvəllüdlü Nahid Razıyev müəyyən olunaraq tutulub. Hər üç şəxs Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi