Yuxarı

Bakıda quldurluq edən şəxslərin hər birinə 9 il həbs cəzası verilib

Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub

Bakı. 31 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Samit Tahirov, Nahid Rəziyev və Elnur Muradovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Tahirov 10 il N.Rəziyevlə E.Muradovun hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Bakı şəhər sakinlərinə qarşı quldurluq edərək pul ələ keçirib. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hər üç şəxs saxlanılıb.

Həmin şəxslər Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olunublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi