Bakı. 29 yanvar. REPORT.AZ/ Bakıda quldurluq edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, yanvarın 27-də Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Rauf Mirzəyev yanvarın 24-də axşam saatlarında Biləcəri qəsəbəsi ərazisində tanımadığı 2 nəfər tərəfindən döyüldüyünü və üzərində olan 740 manat pulunun alındığını bildirib.
Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və quldurluğu törətməkdə şübhəli bilinən şəxslər qısa vaxtda müəyyən ediliblər. Paytaxt sakinləri Əhliman Abbasov və Samir Əzimov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Binəqədi Rayon Polis İdarəsində faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.