Bakıda quldurluq edən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakıda quldurluq edən şəxsin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin baxış iclası sentyabrın 5-nə təyin edilib
Hadisə
23 Avqust , 2016 09:39
Bakıda quldurluq edən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 23 avqust. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmaqda və quldurluqda təqsirləndirilən Zamiq Paşayev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası sentyabrın 5-nə təyin edilib.

Qeyd edək ki, Z.Paşayev ötən ilin sentyabr ayının 8-də İbrahim Həmidlinin 85 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə ələ keçirməkdə şübhəli bilinib. Bundan başqa, o, İ.Həmidliyə qarşı qəsdən sağlamlığa yüngül zərər vurmaqda təqsirli bilinib.

Z.Paşayev Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

O, Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham olunub.

Bu il iyul ayının 1-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Paşayev 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi