Bakıda quldurluq edən şəxs tutulub

Bakıda quldurluq edən şəxs tutulub Bakıda quldurluq hadisəsi baş verib.
Hadisə
4 Oktyabr , 2019 13:12
Bakıda quldurluq edən şəxs tutulub

Bakıda quldurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Rüstəmov oktyabrın 2-də 1 nəfərin onu döyüb mobil telefonunu və 10 manatını almasını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini R.Nuralıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi