Bakıda quldurluq edən dəstə üzvləri tutulub

Bakıda quldurluq edən dəstə üzvləri tutulub Dəstə üzvləri Bakı sakininin içərisində pul, bankomat kartı və mobil telefon olan çantasını quldurluq yolu ilə alıblar
Hadisə
5 Fevral , 2016 14:25
Bakıda quldurluq edən dəstə üzvləri tutulub

Bakı. 5 fevral. REPORT.AZ/ Bakıda quldurluq edən dəstə üzvləri tutulub.

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dəstə üzvlərini Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları ifşa edib.

Məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də Zarema Almazovaya məxsus içərisində pul, bankomat kartı və mobil telefon olan çantanı quldurluq yolu ilə alan Bakı şəhər sakinləri Kamil Məlikqasımov, Ayhan Səfərov, Beyləqan rayon sakini Əbülfəz Məmmədov və Masallı rayon sakini Elçin Xəlilov tutulub.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi