Bakıda quldur dəstəsinin üzvləri yaxalandı

Bakıda quldur dəstəsinin üzvləri yaxalandı Bakı sakininə qarşı quldurluq törətməkdə şübhəli bilinən qrup üzvləri saxlanılıblar.
Hadisə
26 Mart , 2020 13:48
Bakıda quldur dəstəsinin üzvləri yaxalandı

Bakı sakininə qarşı quldurluq törətməkdə şübhəli bilinən qrup üzvləri saxlanılıblar.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, əməliyyatı Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları keçiriblər.

Əməliyyat tədbirləri nəticəsində martın 24-də Bakı şəhər sakini V.Ələkbərovun 2 300 manat pulunu, mobil telefonunu və sənədini quldurluq yolu ilə almaqda şübhəli bilinən qrupun digər üzvləri - Binəqədi qəsəbə sakinləri R.Xanışov, P.Kərimli E.Xanəlizadə yaxalanıblar.

Son xəbərlər

Orphus sistemi