Bakıda qucaqlaşan cütlüyə görə yaranan mübahiisə qətllə bitdi – MƏHKƏMƏ

Bakıda qucaqlaşan cütlüyə görə yaranan mübahiisə qətllə bitdi – MƏHKƏMƏ Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən Murad Tağıyeviin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
10 İyul , 2020 09:11
Bakıda qucaqlaşan cütlüyə görə yaranan mübahiisə qətllə bitdi – MƏHKƏMƏ

Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən Murad Tağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Əli Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında paytaxtın Xətai rayonu, N.Tusi küçəsi 28 ünvanında, yolun kənarında baş verib.

1997-ci il təvəllüdlü Tağıyev Murad Elşən oğlu gecə saatlarında həmin ünvanda yolun kənarı ilə hərəkətdə olarkən oğlan və qızın sərxoş vəziyyətdə qucaqlaşdıqlarını görüb.

M.Tağıyev həmin şəxslərə yaxınlaşaraq onlara iradını bildirərkən kənarda dayanan, sərxoş cütlüklə birlikdə yeyib-içmiş 1967-ci il təvəllüdlü Novruzov Hamlet Nurəddin oğlu M.Tağıyevə yaxınlaşaraq onunla mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə M.Tağıyev üzərində gəzdirdiyi bıçaqla H.Novruzovu qətlə yetirib.

M.Tağıyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib. 
 

Son xəbərlər

Orphus sistemi