Bakıda Quba sakininin “QAZ-24”ü qaçırılıb

Bakıda Quba sakininin “QAZ-24”ü qaçırılıb Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
12 Noyabr , 2015 10:58
Bakıda Quba sakininin “QAZ-24”ü qaçırılıb

Bakı. 12 noyabr. REPORT.AZ/ Bakıda avtomobil qaçıran şəxs tutulub. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 10-da axşam saatlarında Kürdəmir rayon sakini, 1985-ci il təvəllüdlü Rasim Eminov Lökbatan qəsəbəsində Quba rayon sakini Vidadi Dadaşova məxsus “QAZ-2410” markalı avtomobili qaçırıb.

Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 10-cu Polis Bölməsi (PB) və Rayon Mühafizə Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rasim Eminov şübhəli şəxs qismində tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi