Bakıda qonşusunu şişlə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda qonşusunu şişlə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub O, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə
10 Avqust , 2017 13:19
Bakıda qonşusunu şişlə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 10 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 57 yaşlı Səxavət Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Məmmədov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

S.Məmmədovun hadisədən sonra polisə könüllü olaraq təslim olması ona cəza təyin edilərkən yüngülləşdirici hal kimi qiymətləndirilib.

Qeyd edək ki, S.Məmmədov dəfələrlə mübahisə etdiyi qonşusu Müşfiq Şükürova şişlə bir neçə dəfə zərbə endirərək, onu qətlə yetirib.

Hadisə Xətai rayonu, Neapol küçəsi, 24 ünvanında məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verib. Cinayətin baş verməsinə səbəb yataqxananın birinci mərtəbəsində yaşayan Ağdam rayonundan olan məcburi köçkün 46 yaşlı M.Şükürovun qonşusu, Cəbrayıl rayonundan olan məcburi köçkün S.Məmmədovu narahat etməsi olub. Aralarında yaranmış mübahisə zamanı S.Məmmədov qonşusununa şişlə bir neçə zərbə vuraraq, onu öldürüb.

S.Məmmədov qonşusunun nalayiq söyüşlərindən, gecə saatlarına qədər davam edən dava-dalaşından, evə əxlaqsız qadınlar gətirməsindən bezdiyi üçün onunla dəfələrlə mübahisə etdiyini, sonda isə belə bir hadisə baş verdiyini deyib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi