​Bakıda qonşusunu öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

​Bakıda qonşusunu öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti iclası avqustun 18-nə təyin edilib
Hadisə
5 Avqust , 2016 09:35
​Bakıda qonşusunu öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 5 avqust. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qonşusunu öldürməkdə təqsirləndirilən Vüqar Fəttayev barəsində olan hökmdən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başlayıb.

“Report”un xəbərinə görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası avqustun 18-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin avqust ayında Badamdar yolu, ev 105 ünvanında baş verib.1990-cı il təvəllüdlü Vüqar Tofiq oğlu Fəttayev aralarında yaranan münaqişə zəminində qonşusu Valeh Şiraz oğlu Həsənova 17 bıçaq xəsarəti yetirib. V.Həsənov aldığı xəsarətlərdən Klinik Tibbi Mərkəzdə ölüb. Hadisəni törədən V.Fəttayev tutularaq istintaqa cəlb edilib.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.

Bu il may ayının 24-də Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə F.Fəttayev 16 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti və prokuror apellyasiya protesti verib.

Son xəbərlər

Orphus sistemi