Bakıda qonşusunu döyüb öldürən şəxs 13 il müddətinə azadlıqdan məhrum edilib

Bakıda qonşusunu döyüb öldürən şəxs 13 il müddətinə azadlıqdan məhrum edilib Bakı. 27 aprel. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Şöhrət Qədimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
27 Aprel , 2018 12:04
Bakıda qonşusunu döyüb öldürən şəxs 13 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 27 aprel. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Şöhrət Qədimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında Ş.Qədimovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə 2016-cı ilin dekabr ayında Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində baş verib. Quşçuluq sovxozunda yaşayan 30 yaşlı Qədimov Şöhrət Zülfani oğlu qonşusu Şeydə Məmmədovu döyüb. Xəstəxanaya çatdırılan yaralı orada dünyasını dəyişib.

Hüquq mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan Ş.Qədimov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) və 228-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi