Bakıda qonşusunu bıçaqlayan şəxsə hökm oxunub

Bakıda qonşusunu bıçaqlayan şəxsə hökm oxunub Təqsirləndirilən şəxs son sözlə çıxış edərək peşman olduğunu deyib
Hadisə
29 Yanvar , 2018 15:58
Bakıda qonşusunu bıçaqlayan şəxsə hökm oxunub

Bakı. 29 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirli bilinən 1994-cü il təvəllüdlü Nəsib Əhmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Rahib Salamovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. 

O, N.Əhmədovun 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxs son sözlə çıxış edərək peşman olduğunu deyib.

Məhkəmənin hökmü ilə N.Əhmədov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Bakıda - Heydər Əliyev prospktində yeraltı keçidin yaxınlığında baş verib. N.Əhmədov qonşusu Heybət Əliyevə evinin qabağında uşaqlarla duraraq yüksəkdən danışmasına etiraz edib. Qonşusu isə buna məhəl qoymayıb. Daha sonra tərəflər arasında münaqişə qanlı hadisə ilə nəticələnib. 

N.Əhmədov münaqişə zəminində qonşusu H.Əliyevə 4 bıçaq zərbəsi endirib. Yaralının həyatını xilas etmək mümkün olub.

N.Əhmədov isə polis tərəfindən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi