Bakıda qonşusuna və özünə xəsarət yetirən şəxsin şikayəti təmin edilməyib

Bakıda qonşusuna və özünə xəsarət yetirən şəxsin şikayəti təmin edilməyib Bakı Apellyasiya Məhkəməsində adam bıçaqlamaqda və narkotikdən istifadə etməkdə təqsirli bilinən Orxan Eyvazovun şikayətinə baxılıb.
Hadisə
4 Dekabr , 2019 10:01
Bakıda qonşusuna və özünə xəsarət yetirən şəxsin şikayəti təmin edilməyib
Bakı Apellyasiya Məhkəməsi / Report

Bakı Apellyasiya Məhkəməsində adam bıçaqlamaqda və narkotikdən istifadə etməkdə təqsirli bilinən Orxan Eyvazovun şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən iclasda qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, hadisə Bakının Nərimanov rayonunda baş verib. İttihama görə, Orxan Eyvazov qonşusu Şahin Quliyevlə mübahisə zəminində onu bıçaqlayıb. Mübahisə məhəllədə söyüş söyülməsinə görə yaranıb.

O.Eyvazovun narkotik vasitədən istifadə etdiyi də məlum olub.

O.Eyvazov polis əməkdaşları tərəfindən saxlanılan zaman bıçaqla öz qarın boşluğuna xəsarətlər yetirib. Onun daha əvvəl ciddi psixi problemləri olduğu və uzun müddət müalicə aldığı məlum olub.

O.Eyvazova Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) və 234.1-ci (narkotik vasitələrdən istifadə) maddələri ilə ittiham verilib.

Məhkəmə istintaqı dövründə Şahin Quliyev onu bıçaqlayan qonşusunu bağışlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O.Eyvazov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində narkomaniyadan məcburi müalicəyə göndərilməsi ilə bağlı da qərar çıxarılıb.

Son xəbərlər

Orphus sistemi