Bakıda qonşular arasında dava olub, xəsarət alan var

Bakıda qonşular arasında dava olub, xəsarət alan var Müşfiq Babayev çənə sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib
Hadisə
27 Dekabr , 2017 01:34
Bakıda qonşular arasında dava olub, xəsarət alan var

Bakı. 27 dekabr. REPORT.AZ/ Bakıda qonşular arasında dava olub.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü Babayev Müşfiq Yusif oğlu qonşusu ilə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib.

Dava zamanı M. Babayev döyülərək xəsarət alıb. O, çənə sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi