Bakıda qonşular arasında dava olub: xəsarət alan var

Bakıda qonşular arasında dava olub: xəsarət alan var İlqar Dünyamalıyev xəstəxanaya yerləşdirilib
Hadisə
10 May , 2017 06:19
Bakıda qonşular arasında dava olub: xəsarət alan var

Bakı. 10 may. REPORT.AZ/ Bakıda qonşu qonşunu bel ilə döyüb.

"Report"un xəbərinə görə, Xətai rayonunda qeydə alınıb.

Belə ki, hadisə "NZS" qəsəbəsi, Abbas Səhhət küçəsində qeydə alınıb. 1972-ci il təvəllüdlü Dünyamalıyev İlqar İskəndər oğlu yaşadığı ünvanda qonşusu ilə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı qonşusu İ.Dünyamalıyevin baş nahiyəsinə bel ilə zərbə endirib. Nəticədə o, xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi