Bakıda qonşular arasında dava düşüb, ana və oğlu döyülüb

Bakıda qonşular arasında dava düşüb, ana və oğlu döyülüb Zərərçəkmişlər xəstəxanaya yerləşdirilib
Hadisə
8 İyul , 2017 08:38
Bakıda qonşular arasında dava düşüb, ana və oğlu döyülüb
Foto: Report.az

Bakı. 8 iyul. REPORT.AZ/ Bakıda qonşular arasında düşən kütləvi dava xəsarətlə nəticələnib.

"Report" xəbər verir ki, hadisə Xətai rayonu, Naxımov küçəsi, Dənizçi 2 ünvanında qeydə alınıb.

1963-cü il təvəllüdlü Əliyeva Minarə Adışirin qızı və 1982-ci il təvəllüdlü oğlu Quliyev Sehran Tehran oğlu qonşuluqda yaşayan 4 nəfərlə hazırda məlum olmayan səbəbdən mübahisə edib. Nəticədə ana və oğlu döyülərək xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. Əraziyə Xətayi Rayon Polis İdarəsinin 35-ci Polis bölməsinin əməkdaşları cəlb edilib. Dava iştirakçıları bölməyə aparılıb.

Araşdırma gedir.

Son xəbərlər

Orphus sistemi