Bakıda qonşular arasında dava düşüb, 1 nəfər bıçaqlanıb

Bakıda qonşular arasında dava düşüb, 1 nəfər bıçaqlanıb Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır
Hadisə
8 Avqust , 2018 08:42
Bakıda qonşular arasında dava düşüb, 1 nəfər bıçaqlanıb

Bakı. 8 avqust. REPORT.AZ/ Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə Çiçək qəsəbəsində baş verib.

Belə ki, 1974-cü il təvəllüdlü Nəsirov Xaliq Cəlil oğlu qonşu ilə hələlik bilinməyən səbəblərə görə, mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. X.Nəsirov bıçaqlanıb. 

Yaralı Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti (TTTYX) vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi