Bakıda qonşular arasında bıçaqlanma hadisəsi baş verib

Bakıda qonşular arasında bıçaqlanma hadisəsi baş verib Hadisə mübahisə zəminində qeydə alınıb
Hadisə
23 Oktyabr , 2017 05:52
Bakıda qonşular arasında bıçaqlanma hadisəsi baş verib

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda qonşu qonşusunu bıçaqlayıb.

"Report" xəbər verir ki, Pirşağı qəsəbəsinin Pioner düşərgəsi kimi tanınan ərazisində yaşayan 1986-ci il təvəllüdlü Təhməzov Mehrab Əhliyyət oğlu qonşuluğunda yaşayan şəxslə mübahisə edib.

Bu zaman M.Təhməzov bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi