Bakıda qonşu qadınlar arasında əlbəyaxa dava olub

Bakıda qonşu qadınlar arasında əlbəyaxa dava olub Onlardan biri kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib
Hadisə
18 May , 2018 08:10
Bakıda qonşu qadınlar arasında əlbəyaxa dava olub

Bakı. 18 may. REPORT.AZ/ Paytaxtın Binəqədi rayonu ərazisində qadınlar arasında dava baş verib.

“Report” xəbər verir ki, 1977-ci il təvəllüdlü Quliyeva Solmaz Qarabala qızı qonşuluqda yaşayan qadınla əlbəyaxa olub.

Nəticədə S.Quliyeva ağır kəllə-beyin travması alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi