Bakı. 10 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qohumunun evinə quldurluq yolu ilə basqın etməkdə təqsirləndirilən qardaşlar - Orxan Hümbətov, Vaqif Hümbətov və tanışları Rəmzi Muradovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
"Report"un məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, həmin şəxslərin apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Hümbətov 5 il, onun qardaşı O.Hümbətov 10 il və R.Muradov isə 9 il müddətə azadlıqdan məhrum ediliblər.