Bakıda qohumunun evinə basqın edən qardaşlara hökm oxunub

Bakıda qohumunun evinə basqın edən qardaşlara hökm oxunub Bakı. 27 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunun evinə quldurluq yolu ilə basqın etməkdə təqsirləndirilən Orxan Hümbətov, Rəmzi Muradov və Vaqif Hümbətovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
27 İyun , 2018 13:17
Bakıda qohumunun evinə basqın edən qardaşlara hökm oxunub

Bakı. 27 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunun evinə quldurluq yolu ilə basqın etməkdə təqsirləndirilən Orxan Hümbətov, Rəmzi Muradov və Vaqif Hümbətovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Hümbətov 5 il, onun qardaşı O.Hümbətov 10 il və R.Muradov isə 9 il müddətə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hadisə ötən il Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib. O.Hümbətov tanışı R.Muradovla birlikdə qohumu Nuridə Məmmədovanın evinə basqın edib. Həmin şəxslər qadının əl-qolunu bağlayaraq, onun 5 min manat pulunu ələ keçiriblər.

Bakı Şəhər Baş Polis İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində O.Hümbətov və R.Muradov saxlanılıb.

Onların ətrafında aparılan istintaq hərəkətləri zamanı məlum olub ki, O.Hümbətov qardaşı V.Hümbətovla birlikdə xuliqanlıq ediblər.

Belə ki, onlar Biləcəri qəsəbəsində "KamAz" sürücüsünü xuliqanlıq niyyəti ilə döyüblər. V.Hümbətov saxlanılan zaman onun üzərindən silah və narkotik maddə də aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi