Yuxarı

Bakıda qohumunun evindən 20 min manat oğurlayan şəxs tutulub

Bakıda qohumunun evindən 20 min manat oğurlayan şəxs tutulub
Araşdırmalar davam etdirilir

Bakı. 19 aprel. REPORT.AZ/ Bakıda qohumunun evindən pul oğurlayan şəxs tutulub.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 10-da Buzovna qəsəbəsindəki evlərdən birinin zirzəmisindən 20.000 manat pul oğurlamaqda şübhəli bilinən ev sahibinin qohumu Vüsal Hüseynzadə tutulub.

Araşdırmalar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi