Bakıda qohumunu tüfənglə vuran şəxsin məhkəməsində zərərçəkmiş ifadə verib

Bakıda qohumunu tüfənglə vuran şəxsin məhkəməsində zərərçəkmiş ifadə verib Məhkəmənin növbəti iclası oktyabrın 3-nə təyin edilib
Hadisə
23 Sentyabr , 2016 20:25
Bakıda qohumunu tüfənglə vuran şəxsin məhkəməsində zərərçəkmiş ifadə verib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu öldürməyə cəhd etməkdə təqsirləndirilən Mehman Fəsədovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Elnar Canatov ifadə verib.

O ifadəsində bildirib ki, təqsirləndirilən şəxsdən şikayətçi deyil: "Mehman mənim bacımın həyat yoldaşıdır. Aramızda mübahisə baş vermişdi. Ondan heç bir şikayətim yoxdur".

Məhkəmənin növbəti iclası oktyabrın 3-nə təyin edilib.

Xatırladaq ki, bu il yanvarın 9-da Abşeron rayon sakini Elnar Canatovun Biləcəri qəsəbəsində işlədiyi mağazanın qarşısına gələn qohumu, qəsəbə sakini Mehman Fəsədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə ona sifət nahiyəsindən xəsarət yetirib və hadisə yerini tərk edib. E.Canatov xəstəxanaya yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsi (RPİ) 6-cı Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Fəsədov tutulub, ondan "İJ-58" markalı tüfəng və 5 ədəd patron götürülüb.

M.Fəsadov Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi