Yuxarı
    Bağlamaq

    Bakıda qoğal satan kişi dispetçerin qulağını kəsib

    Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır

    Bakı. 27 fevral. REPORT.AZ/ Bakıda qoğal satan şəxs dispetçerin qulağını kəsib, daha bir nəfəri isə bıçaqlayıb.

    "Report"un xəbərinə görə, hadisə Nizami rayonunda qeydə alınıb.

    Belə ki, Rüstəm Rüstəmov küçəsində "makler bazarı" kimi tanınan ərazidə qoğal satmaqla məşğul olan orta yaşlı kişi (şəxsiyyəti müəyyənləşdirilir) 1984-cü il təvəllüdlü Məmmədov Elçin Süleyman oğlunun qulağını kəsib. Daha sonra o, əlindəki bıçaqla mübahisənin qarşısını almaq istəyən 1982-ci il təvəllüdlü Elyazov Xanlar Aydın oğlunun üz və bədən nahiyəsinə bıçaq xəsarətləri yetirib. Yaralılar xəstəxanaya yerləşdirilib.

    Qeyd edək ki, E.Məmmədov avtobus dayanacağında dispetçer kimi fəaliyyət göstərir.

    Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi