Bakıda qoca qadını avtomobil vurub

Bakıda qoca qadını avtomobil vurub Qadın çoxsaylı sınıq xəsarətləri alıb
Hadisə
29 İyul , 2017 05:39
Bakıda qoca qadını avtomobil vurub
Report.az

Bakı. 29 iyul. REPORT.AZ/ Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqlliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Bakıxanov qəsəbəsindəki parkın yaxınlığında yolu keçmək istəyən 81 yaşlı Tedorova Roza Uzirilovna minik avtomobili vurub.

Qadın çoxsaylı sınıq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti stabil-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları yol-nəqliyyat hadisəsini törədən sürücünü saxlayıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi