Bakı
“Report”un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası yanvarın 29-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən il iyunun 24-də Binəqədi rayonu, Ağamalıyev küçəsi, 6 saylı binanın qarşısında baş verib.
Kamran Abdullayevin bud nahiyəsinə bir bıçaq xəsarəti yetirilib. O, Kliniki Tibbi Mərkəzə çatdırılan zaman çoxlu qan itirdiyindən dünyasını dəyişib.
Araşdırmalar zamanı qətli daha əvvəl oğurluğa və avtomobil qaçırmağa görə məhkum olunan 22 yaşlı Pərvin Çərkəzovun törətdiyi məlum olub.
Qeyd edilən şəxslər daha əvvəl bir-birini tanımayıblar.
İki gənc arasında münaqişə ədəbsiz ifadələrin işlədilməsinə görə baş verib. Qızla gəzən K.Abdullayev telefonda kiminləsə kobud danışan P.Çərkəzovun yanından keçəndə ona narazılığını bildirib. O, P.Çərkəzovu əxlaqlı olmağa çağırıb. P.Çərkəzov isə iraddan sonra cibindən bıçağı çıxararaq K.Abdullayevə zərbə endirib.
Daha sonra P.Çərkəzov hadisə yerindən qaçsa da, tutularaq istintaqa cəlb edilib.
İstintaq orqanı tərəfindən P.Çərkəzovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adamöldürmə) maddəsi ilə ittiham elan edilib.