Bakı. 12 fevral. REPORT.AZ/ Bakı
"Report"un xəbərinə görə, Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası fevralın 21-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Yasamal rayonu, Həsən Bəy Zərdabi küçəsində baş verib. Masallı rayon, Boradigah kənd sakini, 57 yaşlı Qurbanov İlqar Paşa oğlu rayondan gələrək metronun "20 yanvar" stansiyasının yaxınlığında qızı, 27 yaşlı Aysel Məmmədlini namus üstündə öldürüb.