Bakıda qızını boğub öldürən şəxsin məhkəməsi başlayır

Bakıda qızını boğub öldürən şəxsin məhkəməsi başlayır ​​​​​​​Bakıda qızını öldürməkdə təqsirləndirilən Ələkbər Bağırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb
Hadisə
16 Aprel , 2021 08:58
Bakıda qızını boğub öldürən şəxsin məhkəməsi başlayır

Bakıda qızını öldürməkdə təqsirləndirilən Ələkbər Bağırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Rasim Sadıxovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il dekabrın 30-u saat 12 radələrində paytaxtın Xətai rayonunda baş verib. Bağırov Ələkbər Qasım oğlunun aralarında yaranmış münaqişə zamanı qızı İradə Paşayevanı boğaraq öldürüb. O, Xətai rayonu 37-ci Polis Bölməsinə gələrək törətdiyi əməli etiraf edib.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi