Bakı. 26 aprel.
"Report"un məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ş.Amanovanın 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ittiham aktına əsasən, Ş.Amanova Bakıda bir sıra şəxslərdən qızına cehiz, geyim alıb. O, aldığı malların sonradan pulunu verməyib. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan qadının dələduzluqda ittiham olunub və barəsində həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.