Bakıda qızına cehiz almaq üçün dələduzluq edən qadının şikayəti təmin edilməyib

Bakıda qızına cehiz almaq üçün dələduzluq edən qadının şikayəti təmin edilməyib Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb
Hadisə
15 İyun , 2017 11:28
Bakıda qızına cehiz almaq üçün dələduzluq edən qadının şikayəti təmin edilməyib

Bakı. 15 iyun. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Şöhrət Amanova barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Ş.Amanovanın apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, ittiham aktına əsasən, Ş.Amanova Bakıda bir sıra şəxslərdən qızına cehiz və geyim alıb. O, aldığı malların sonradan pulunu verməyib. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan qadın dələduzluqda ittiham olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Amanova 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi