Bakıda qızına cehiz almaq üçün dələduzluq edən qadın apellyasiya şikayəti verib

Bakıda qızına cehiz almaq üçün dələduzluq edən qadın apellyasiya şikayəti verib İşə hakim Camal Ramazanovun sədrliyi ilə baxılacaq
Hadisə
6 İyun , 2017 10:03
Bakıda qızına cehiz almaq üçün dələduzluq edən qadın apellyasiya şikayəti verib

Bakı. 6 iyun. REPORT.AZ/ Dələduzluqda təqsirləndirilən Şöhrət Amanova barəsində olan hökmdən apellyasiya şikayəti verib.

“Report”un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas iyunun 7-nə təyin edilib.

İşə hakim Camal Ramazanovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, ittiham aktına əsasən, Ş.Amanova Bakıda bir sıra şəxsdən qızına cehiz, geyim alıb. O, aldığı malların sonradan pulunu verməyib. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan qadın dələduzluqda ittiham olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Amanova 9 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi