Bakıda qızıl-zinət əşyaları satan qadına qarşı 38 min manatlıq dələduzluq edilib

Bakıda qızıl-zinət əşyaları satan qadına qarşı 38 min manatlıq dələduzluq edilib Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
24 Dekabr , 2016 09:27
Bakıda qızıl-zinət əşyaları satan qadına qarşı 38 min manatlıq dələduzluq edilib

Bakı. 24 dekabr. REPORT.AZ/ Bakıda 61 yaşlı qadın qızıl-zinət əşyaları satarkən aldadılıb.

"Report"un xəbərinə görə, 1955-ci il təvəllüdlü Abbasova Rahilə Ələkbər qızı Nizami Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək bildirib ki, 2016-cı ilin yanvar ayında ona qarşı dələduzluq edilib.

O, ərizəsində qeyd edib ki, Səbinə adlı qadın onu aldadaraq 38 000 manat dəyərində qızıl-zinət əşyalarını alıb və pulunu verməyib.

Faktla bağlı Nizami RPİ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi