Bakıda qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

Bakıda qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb Qaradağ rayonunun Lökbatan qəsəbəsində evlərin birindən 7900 manat pul və 6000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Hadisə
20 noyabr 2023 07:38
Bakıda qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

Qaradağ rayonunun Lökbatan qəsəbəsində evlərin birindən 7900 manat pul və 6000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə "Report"a Daxili işlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Seymur İsayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi