Bakıda qonşusunun qızıl boyunbağısını oğurlayan keçmiş məhkum saxlanılıb

Bakıda qonşusunun qızıl boyunbağısını oğurlayan keçmiş məhkum saxlanılıb Bakıda qonşusu qadına qarşı soyğunçuluq edib.
Hadisə
9 Oktyabr , 2019 12:51
Bakıda qonşusunun qızıl boyunbağısını oğurlayan keçmiş məhkum saxlanılıb

Bakıda qonşusu qadına qarşı soyğunçuluq edib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsinə müraciət edən Suraxanı qəsəbəsində yaşayan bir qadın oktyabrın 2-də həyətində qonşusunun onun boynundakı 1200 manat dəyərində qızıl boyunbağını qıraraq aparmasını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq, soyğunçuluq, narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş qəsəbə sakini E.Səfərov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi