Bakıda qızıl alverçisi şərikinin brilyantlarını və qızıl-zinət əşyalarını mənimsəyib

Bakıda qızıl alverçisi şərikinin brilyantlarını və qızıl-zinət əşyalarını mənimsəyib Faktla bağlı araşdırma aparılır
Hadisə
102
15 Oktyabr , 2016 13:46
Bakıda qızıl alverçisi şərikinin brilyantlarını və qızıl-zinət əşyalarını mənimsəyib

Bakı. 15 oktyabr. REPORT.AZ/ Nizami rayonunda yerləşən "Lotos" Ticarət Mərkəzinin mağazalarının birində dələduzluq qeydə alınıb.

“Report”un xəbərinə görə, orada işləyən Eldar Məmmədov bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.

İ.Məmmədov ərizəsində bildirib ki, Qara Qarayev prospekti 86-da yerləşən "Lotos" Ticarət Mərkəzində şərikli qızıl alveri ilə məşğul olub. 

O qeyd edib ki, bu ilin avqustun 13-də şəriki 1975-ci il təvəllüdlü Aygün Aslanova mağazadakı seyfdən 39 min manat dəyərində 47 ədəd brilyant və 11 min manat dəyərində qızıl-zinət əşyaları götürüb və mənimsəyib.

Faktla bağlı araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi