Bakıda qızıl alverçilərinə qarşı dələduzluq etməkdə təqsirləndirilən qadının vəsatəti təmin edilməyib

Bakıda qızıl alverçilərinə qarşı dələduzluq etməkdə təqsirləndirilən qadının vəsatəti təmin edilməyib Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib
Hadisə
22 Avqust , 2017 11:54
Bakıda qızıl alverçilərinə qarşı dələduzluq etməkdə təqsirləndirilən qadının vəsatəti təmin edilməyib
Report

Bakı. 22 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Yasəmən Nəcəfovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatət verib.

O, müdafiə etdiyi şəxsin səhhətində problem olduğunu və tibbi ekspertizanın keçirilməsini istəyib. Vəkil müvəkkilinin hazırda müalicə müəssisəsində saxlanıldığını bildirib.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Məhkəmənin növbəti prosesi sentyabrın 7-nə təyin edilib.

Qeyd edək ki, Y.Nəcəfova Cinahət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir. O, Bakıda qızıl alveri ilə məşğul olan qadınların şikayəti əsasında həbs edilib. Belə ki, Bakı şəhər sakinləri Naibə Həsənova və Gülnarə Cəlalova polisə ərizə ilə müraciət ediblər. N.Həsənova Y.Nəcəfovanın ondan 15 min manat, G.Cəlalova isə ondan 53 min manat dəyərində qızıl-zinət əşyaları aldığını və 3 il ərzində pulunu ödəmədiyini bildiriblər. 

Y.Nəcəfova dəymiş zərəri ödəmək üçün məhkəmədən vaxt istəyib. O, evini sataraq zərərçəkmişlərin pulunu qaytaracağını deyib.

Son xəbərlər

Orphus sistemi