Bakı. 2 oktyabr.
“Report"un xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
O, məhkəmənin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, V.Qurbanovun ittiham olunduğu Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi 126.1-ci (qəsdəb sağlamlığa ağır zərər vurna) maddəsinə tövsif olunub.
İttiham aktına əsasən, hadisə Sabunçu rayonunun Məhəmmədi qəsəbəsində baş verib. Həmin ərazidə yerləşən “Odlar Yurdu” kafesində V.Qurbanov tanışı Tələt Həsənovla yeyib içib. Bu zaman T.Həsənov həmin kafedə olan iki qadına söz atıb. Tanışının bu hərəkəti V.Qurbanova xoş gəlməyib və ona iradını bildirib.
Daha sonra tanışlar mübahisə edib. Kafedən çölə çıxan şəxslər dalaşıblar. Nəticədə V.Qurbanov əlini bıçağa atıb və tanışını bıçaqlayıb.
Polis əməkdaşları tərəfindən saxlanılan V.Qurbanovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmədə ifadə verən V.Qurbanov özünü təqsirli bilmədiyini söyləyib.
Təqsirləndirilən şəxslə zərərçəkmiş T.Həsənov arasında barışıq əldə olunub. T.Həsənov V.Qurbanovu bağışlayıb, heç bir şikayət və tələbinin olmadığını deyib.