Bakıda qız stəkanla qoca anasının başına vuraraq ona xəsarət yetirib

Bakıda qız stəkanla qoca anasının başına vuraraq ona xəsarət yetirib Başından xəsarət alan qadın 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib
Hadisə
21 Avqust , 2017 09:48
Bakıda qız stəkanla qoca anasının başına vuraraq ona xəsarət yetirib

Bakı. 21 avqust. REPORT.AZ/ Bakıda qoca qadın qızı tərəfindən döyülüb.

"Report" xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.

Belə ki, Buzovna qəsəbəsi, Bünyatov küçəsi 6 A ünvanında yaşayan 1936-ci il təvəllüdlü Quliyeva Rəhilə Şükür qızı övladı ilə mübahisə edib. Nəticədə R.Quliyevanın qızı stəkanla anasının başına zərbə vurub. Başından xəsarət alan qoca qadın 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi