Yuxarı

Bakıda qisas məqsədi ilə adam güllələyən şəxs apelyasiya şikayəti verib

​Bakıda qisas məqsədilə adam güllələyən şəxs apelyasiya şikayəti

Bakıda qisas məqsədi ilə adam öldürməyə cəhddə təqsirləndirilən Elnur Əliyev barəsindəki hökmdən apelyasiya şikayəti verib.

"Report"un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin icraatında olan şikayət üzrə ilkin baxış iclası sentyabrın 26-da keçiriləcək.

Qeyd edək ki, hadisə ötən il noyabrın 9-dan 10-na keçən gecə Bakı şəhəri, Nəsimi rayonu ərazisində baş verib. Mərdanov qardaşları küçəsində yerləşən və məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yaşayan E.Əliyev binanın girişində tanışı Namiq Nəcəfova ov tüfəngindən atəş açıb.

Ağır yaralanan N.Cəfərov xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub. E.Əliyev cinayəti törətdikdən sonra qaçaraq gizlənib. Lakin post-patrul xidmətinin əməkdaşları onu saxlayıblar.

İttihama görə, E.Əliyev N.Cəfərovu aralarında olan şəxsi qərəzli münasibətlərlə əlaqədar qisas məqsədilə öldürmək istəyib.

Ona Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adamöldürməyə cəhd), 228.1-ci (qanunsuz odlu silah saxlama), 229.1-ci (qanunsuz olaraq silah hazırlama) maddələri ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hökmünə əsasən, Elnur Əliyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi