Bakıda qəzaya uğrayan avtomobil sərnişin avtobusuna çırpılıb, 2 nəfər ölüb

Bakıda qəzaya uğrayan avtomobil sərnişin avtobusuna çırpılıb, 2 nəfər ölüb Hadisə ilə bağlı araşdırma aparılır
Hadisə
17 İyul , 2017 10:42
Bakıda qəzaya uğrayan avtomobil sərnişin avtobusuna çırpılıb, 2 nəfər ölüb
Bna.az

Bakı. 17 iyul. REPORT.AZ/ Bu gün səhər saatlarında Heydər Əliyev prospekti-Hava Limanı yolunda (keçmiş Suraxanı dairəsi yaxınlığında) yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. 

Belə ki, hava limanı istiqamətində hərkət edən "Dewoo" və "Volkswagen Passat" markalı iki minik avtomobili toqquşub. Zərbənin təsirində avtomobillər "VAZ-2107" markalı minik avtomobilinə və həmin vaxt hərəkətsiz vəziyyətdə dayanan 171 nömrəli marşrut xəttinə aid sərnişin avtobusuna çırpılıb. 

Qəza nəticəsində avtobusun arxa tərəfi zədələnsə də sərnişinlərdən heç biri xəsatər almayıb. Lakin "Dewoo" markalı avtomobildə olan sürücü və sərnişin ölüb. 

Hadisə ilə bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi