Bakıda avtomobil aşıb, sürücü yaralanıb - VİDEO

Bakıda avtomobil aşıb, sürücü yaralanıb - VİDEO Qəza Ziya Bünyadov prospektində baş verib
Hadisə
19 Aprel , 2017 22:14
Bakıda avtomobil aşıb, sürücü yaralanıb - VİDEO

Bakı. 19 aprel. REPORT.AZ/ Bakının Binəqədi rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un xəbərinə görə, Ziya Bünyadov prospektində yüksək sürətlə hərəkətdə olan "KİA" markalı avtomobil qarşısındakı "VAZ-2104" markalı avtomaşına çırpılıb.

Qəza nəticəsində "KİA" aşıb və sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Deformasiyaya uğramış hər iki avtomobil cərimə meydançasına aparılıb.

Faktla bağlı Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi