Yuxarı

Bakıda qəza yerindən qaçan avtomobil qarşıda digər maşına dəyərək beton maneəyə çırpılıb - FOTO - VİDEO - YENİLƏNİB-2

© Report

Video əlavə olunub

***04:53

Bakı. 25 may. REPORT.AZ/ Bakının Ziya Bünyadov prospektinin Nəsimi rayonu ərazisinə düşən hissəsində baş vermiş yol qəzasının bəzi təfərrüatları məlum olub.

“Report” xəbər verir ki, Süleyman adlı (Elçin oğlu) sürücünün idarə etdiyi "Nissan" markalı avtomobil Yasamal rayonu ərazisində "Lada Priora" markalı maşının yan hissəsinə toxunub.

Lakin sürücü avtomobili saxlamayıb və sürəti artıraraq qəza yerindən yayınmağa çalışıb. O, prospektin Nəsimi rayonuna düşən hissəsində qarşı yola çıxaraq "Hundai" markalı avtomobil ilə toqquşub və ardınca beton maneəyə çırpılıb.

***01:42

Bakı. 25 may. REPORT.AZ/ Bakının Ziya Bünyadov prospektində yol qəzası baş verib.

“Report” xəbər verir ki, "Nissan" markalı avtomobil prospektin Nəsimi rayonu ərazisinə düşən hissəsində yüksək sürətlə hərəkətdə olarkən yol kənarında durmuş maşına, ardınca isə beton maneəyə çırpılıb.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi