Bakıda qəza törədərək hadisə yerindən qaçan şəxsi polis saxlayıb

Bakıda qəza törədərək hadisə yerindən qaçan şəxsi polis saxlayıb Bakı. 17 mart. REPORT.AZ/ Ötən gün Bakı şəhər sakini Sadiq Şükürovun xəsarətlə xəstəxanaya gətirilməsi barədə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə məlumat daxil olub.  
Hadisə
17 Mart , 2018 15:55
Bakıda qəza törədərək hadisə yerindən qaçan şəxsi polis saxlayıb

Bakı. 17 mart. REPORT.AZ/ Ötən gün Bakı şəhər sakini Sadiq Şükürovun xəsarətlə xəstəxanaya gətirilməsi barədə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə məlumat daxil olub.  

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, dərhal polis əməkdaşları müvafiq tədbirlər həyata keçirib və həmin gün saat 15 radələrində S.Şükürovun M.Hadi küçəsində yolu keçərkən  avtomobillə vurulduğu məlum olub. 

Təxirəsalınmaz tədbirlərlə yol-nəqliyyat hadisəsinin “Opel” markalı avtomobillə törədilməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə həmin avtomobili Bakı-Qazax yolunun 86-cı kilometrliyində Baş Dövlət Yol Polisi İdarəsinin 7-cı tağımının əməkdaşları saxlayıb. Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin avtomobilin sürücüsü - Gürcüstan vətəndaşı İsmət Durmuşov istintaqa təhvil verilib. 

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi