Yuxarı

​Bakıda qəza törədərək hadisə yerindən qaçan qadın sürücü saxlanılıb

Faktla bağlı araşdırmalar davam etdirilir

Bakı. 10 may. REPORT.AZ/ Bakıda yol qəzası törədərək hadisə yerindən qaçan qadın sürücü saxlanılıb.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) saytı məlumat yayıb.

Məlumata görə, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində Mehman Nəzərovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş “BMW” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Dürdanə Rzayeva saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi