Bakıda yol qəzası olub, xəsarət alan var

Bakıda yol qəzası olub, xəsarət alan var Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Pirallahı rayonunda “Mercedes” və “Nissan” markalı iki minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xi
Hadisə
903
7 Avqust , 2020 08:20
Bakıda yol qəzası olub, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol qəzası olub.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Pirallahı rayonunda “Mercedes” və “Nissan” markalı minik avtomobilləri toqquşub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi